Dünya

Bu VİDEO Fransada "partlayış" yaradacaq - FOTO

7 Dekabr 2018 12:25
4 Şərh     Baxış: 3 371

Fransada həftələrdən bəri davam edən "sarı jiletlilər" aksiyalarında həbs olunmuş 153 şəxs arasında 12 yaşına çatmamış uşaqlar da var.

Milli.Az European-a istinadən bildirir ki, Parisdən 30 km aralıdakı Mante la Jolidəki Sent-Ekzüperi Liseyinin həyətində diz çökdürülən, əlləri başlarının arxasında olanlar arasındakı bu uşaqların görüntüləri sosial şəbəkələrdə yayılıb.

Fransa hökuməti isə "sarı jiletlilər"in və onlara qoşulmuş radikal elementlərin aksiyalarının kütləvi iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün küçələrə 65 min polis çıxarmağa hazırdır. Bunu baş nazir Eduar Filipp Senatda çıxış edərkən deyib.

Rəsmi Paris "hər vətəndaşın öz etirazını bildirmək hüququ"na malik olduğunu desə də, fransalıları ehtiyatlı davranmağa çağırıb.

Dekabrın 1-də, sadəcə, Parisdə kütləvi etiraz aksiyaları yatırılarkən 452 nəfər saxlanılıb, 134 nəfər yaralanıb.

Parisin meri Ann İdalqonun dediyinə görə, şəhərə 4 milyon avroluq ziyan dəyib.

Diz çökdürülmüş uşaqlarla yeniyetmələrin görüntülərinin sosial şəbəkələrdə yayılması isə etiraz aksiyalarını daha da radikallaşdıra bilər.

Ekspertlərin fikrincə, kimlərinsə çox məharətlə yaydıqları bu video Fransada "partlayış" effekti yaradacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu video Fransada

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Axerbaycanli · 7 Dekabr 13:3600

    Songfestival Azerbaycanda kecirildiyi zaman Avropa olkeleri xususile de Fransa bizim olkeni laga qoyub gulurdu ,Azerbaycanin her seyi var Bizde ise Azadliq var deyirdiler,bes hani o Azadliq?oz gozlerimizle het seyi goruruk.

    Cavab yaz
    • Anonim
      Aze_Boy · 7 Dekabr 14:4400

      Her seyi yaxsi gozel yazmisan, Hec olmasa yazanda o Adini dogru yazdin.

      Cavab yaz
      • Anonim
        duz yazib · 7 Dekabr 21:3400

        sen basa dusmedin, "x-azerbaycanli".

        Cavab yaz
  • Anonim
    asi · 7 Dekabr 23:0420

    Bu görüntü başa ölkədə, xüsusən də müsəlmanlarda olsaydı, adını qoyacaqdılar ki, terroristlər uşaqların başını kəsir..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.