Bu VİDEO Fransada "partlayış" yaradacaq - FOTO

7 Dekabr 2018 12:25

Fransada həftələrdən bəri davam edən "sarı jiletlilər" aksiyalarında həbs olunmuş 153 şəxs arasında 12 yaşına çatmamış uşaqlar da var.

Milli.Az European-a istinadən bildirir ki, Parisdən 30 km aralıdakı Mante la Jolidəki Sent-Ekzüperi Liseyinin həyətində diz çökdürülən, əlləri başlarının arxasında olanlar arasındakı bu uşaqların görüntüləri sosial şəbəkələrdə yayılıb.

Fransa hökuməti isə "sarı jiletlilər"in və onlara qoşulmuş radikal elementlərin aksiyalarının kütləvi iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün küçələrə 65 min polis çıxarmağa hazırdır. Bunu baş nazir Eduar Filipp Senatda çıxış edərkən deyib.

Rəsmi Paris "hər vətəndaşın öz etirazını bildirmək hüququ"na malik olduğunu desə də, fransalıları ehtiyatlı davranmağa çağırıb.

Dekabrın 1-də, sadəcə, Parisdə kütləvi etiraz aksiyaları yatırılarkən 452 nəfər saxlanılıb, 134 nəfər yaralanıb.

Parisin meri Ann İdalqonun dediyinə görə, şəhərə 4 milyon avroluq ziyan dəyib.

Diz çökdürülmüş uşaqlarla yeniyetmələrin görüntülərinin sosial şəbəkələrdə yayılması isə etiraz aksiyalarını daha da radikallaşdıra bilər.

Ekspertlərin fikrincə, kimlərinsə çox məharətlə yaydıqları bu video Fransada "partlayış" effekti yaradacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu video Fransada