Dünya

Məşhurların villaları viran qaldı: 66 nəfər həlak olub - FOTO

16 Noyabr 2018 10:57
3 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarından həlak olanların sayı artır.

Ştatın şimalında 8 yanmış cəsəd aşkarlanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, beləliklə, yanğında həlak olanların sayı 66 nəfərə çatıb.

Ştata ABŞ Milli Qvardiyasının hərbçiləri yeridilib. Onlar yanğının zərər vurduğu yaşayış məntəqələrini yoxlayacaq, itkin düşmüş şəxsləri arayacaqlar. Yüzlərlə insanın taleyi hələ də bəlli deyil. Onların əksəriyyəti 65 yaşdan yuxarı olan insanlardır.

Alovlar minlərlə binanı məhv edib. Hazırda 55 min hektardan artıq ərazi yanır. Alovları gücləndirən külək səngisə də, yanğınsöndürənlər, sadəcə, yanğınların 1/3 hissəsinin qarşısını ala biliblər.

Kaliforniya ştatındakı Malibu şəhərində dünyaca məşhur müğənnilər, aktyorlar, sənətçilərin villaları arasında viranə qalan lüks malikanələr az deyil.

Aktyorlar Entoni Hopkins və Pirs Brosnanın villaları salamat qalsa da, Mayli Sayrus, Robin Tik, Nil Yanq, Kamill Qrammer, Cerard Batler və Kim Beysinqerin villaları yanıb kül olub.

Məhv olmuş Peradays şəhərindəki yanğında 49 nəfər həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.