Dünya

İran ABŞ-dan şikayət etdi

9 Noyabr 2018 14:54
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Beynəlxalq Dəniz Təşkilatını (İnternational Maritime Organization) ABŞ-ın ticarət gəmilərini də əhatə edən sanksiyalarının qanuni olub-olmamasını araşdırmağa çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, İranın Böyük Britaniyadakı səfiri Həmid Bəyədinejad tərəfindən qərargahı Londonda yerləşən İMO-nun sədri adına müvafiq rəsmi məktub gəlib. 

Səfir "Twitter"də yazıb ki, məktubda sözügedən sanksiyaların gəmiçiliyə dair beynəlxalq razılaşmaları pozduğu, dəniz nəqliyyatının təhlükəsizliyinə təhdid yaratdığı qeyd olunaraq İMO Assambleyasından xüsusi qaydada bu məsələləri müzakirə etmək xahiş olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.