Dünya

Daha bir ölkədən Türkiyəyə dəstək: Biz bu sanksiyaları tanımırıq...

19 Avqust 2018 15:52
0 Şərh     Baxış: 9 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra daha bir ölkə Türkiyəyə dəstək çıxıb.

Milli.Az xəbər verir ki, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç açıqlama verərək, heç vaxt Türkiyəyə qarşı aparılan kampaniyanın içində olmayacaqlarını bildirib: "Biz bu sanksiyaları tanımırıq. Türkiyə ilə əlaqələrimizi üçüncü dövlətin münasibətlərinə görə, qurmuruq".

O, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə keçirdiyi ortaq mətbuat konfransında deyib, yenicag.az məlumat verir. 

Çavuşoğlu isə açıqlamasında bildirib ki, bütün problemlər həll oluna bilər: "Lakin bu problemlərin həlli yolu təhdid deyil. ABŞ isə bu problemi həll etmək istəmir. Bunları əldə bayraq tutaraq seçkilərdə istifadə etməyə çalışır. Onların tutduğu mövqeni başqa cür izah etmək mümkün də deyil. Çünki öz aralarında belə yekdil mövqe sərgiləyə bilmirlər. Eyni qurumun içində olan nazir və müavinləri belə fərqli mövqe sərgiləyirlər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.