Dünya

Misirdə terror aktının qarşısı alındı

11 Avqust 2018 18:34
0 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin təhlükəsizlik qüvvələri Qahirənin Mustarad şəhərətrafı qəsəbəsində Müqəddəs Məryəm məbədinin yaxınlığında terror aktı cəhdinin qarşısını alıblar.

Milli.Az bildirir ki, AZƏRTAC-ın Misir KİV-lərinə istinadla verdiyi xəbərə görə, məbədə gələnlərə hücum planlaşdıran intiharçı-terrorçu kilsə ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirildiyindən partlayışı vaxtından əvvəl törədib. O, yerindəcə keçinib. Partlayışdan heç kim zərər çəkməyib.

Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri müşahidə kameralarını izləyirlər.

Xatırladaq ki, bu günlərdə xristian-qibtilər həmin məbəddə Müqəddəs Məryəm Ananın mövludunu qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.