Dünya

"İran iqtisadiyyatında yaranan problemlər onun səriştəsizliyidir" - Deputatlar naziri günahlandırdı

8 Avqust 2018 19:34
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamenti kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiiyə etimadsızlıq göstərib.

Milli.Az report-a istinadən xəbər verir ki, deputatlar İran iqtisadiyyatında yaranan problemi onun səriştəsizliyi ilə əlaqələndiriblər.

Səsvermədə iştirak edən 243 deputatdan 129-u nazirin əleyhinə səs verib.

İran prezidenti Həsən Ruhani üç ay ərzində Əli Rəbiini tutduğu vəzifədən azad etməlidir.

Onun tərəfdarları isə bildirib ki, nazir ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İran iqtisadiyyatında yaranmış problemlərdən dolayı məsuliyyət daşımır.

Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə belə münasibət bildirib: "Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq".

Odur ki, bu açıqlamasına görə parlamentin ona etimadsızlıq göstərdiyi ehtimal olunur.

62 yaşlı Əli Rəbii hakimiyyətiçi islahat xəttinin təmsilçilərindəndir. 1997-2005-ci illərdə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəminin müşaviri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.