Dünya

Adnan Oktarın mason olduğu təsdiqləndi - FOTO

26 İyul 2018 09:26
9 Şərh     Baxış: 14 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə özünü Mehdi elan edərək, dini gözdən salmağa çalışan saxta ilahiyyatçı, Harun Yahya ləqəbli Adnan Oktarın mason olduğu aşkarlanıb.

Milli.Az Sabah-a istinadla xəbər verir ki, Adnan Oktarın 1 milyon 50 min avro qarşılığında masonluq dərəcəsi aldığı təsdiqlənib.

Adnan Oktarla birlikdə saxlanılan C.Ö ifadəsində söyləyib:

"2012-ci ildə Adnan Oktar mənə xaricdə nüfuz əldə etmək üçün mason olmağın lazım gəldiyini söylədi və məndən bu barədə araşdırma aparmağımı istədi. Mən də dünyanın ən böyük mason lojalarının Rit və P2 olduğunu öyrəndim. Rit-ə qoşulması üçün İngiltərədə yaşamalıydı. Ona görə də P2 ilə maraqlandım. 3 dəfə 350 min avro verərək onun 33-cü dərəcəli mason olmasını təşkil etdik".

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.