Dünya

Atatürkü təhqir edən hicablı qadın həbs olundu

22 İyul 2018 23:31
2 Şərh     Baxış: 3 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anıtkabırda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən Safiya İnci həbs edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ankara Prokurorluğunun Media Cinayətlərini Araşdırma Bürosu Atatürkü təhqir edərək videonu sosial şəbəkədə paylaşan şəxsi saxlayaraq məhkəmə qarşısına çıxarıb.

Məhkəmə qadının barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt təpkilərindən sonra qadın üzrxahlıq etsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.