Dünya

Arvadına gələn mesajı görəndə xəyanət etdiyini anladı - Qətl anı kameraya düşdü - VİDEO

26 Aprel 2018 18:24
2 Şərh     Baxış: 6 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konyada arvadıyla görüşdüyünü öyrəndiyi Reşit Aydını işlətdiyi idman zalında bıçaqlayaraq öldürən Uğur K.-nın qətl anı təhlükəsizlik kamerasına düşüb. 
 
Milli.Az haberler-ə istinadən xəbər verir ki, qatil hadisədən 15 dəqiqə sonra saxlanılıb. Şübhəli həmin şəxsi arvadı ilə görüşdüyü üçün öldürdüyünü etiraf edib. 

Uğur K. hərbi xidmətdə olarkən Reşit onun arvadı ilə tanış olub. Əsgərlikdən qayıtdıqdan sonra daşınmaz əmlak alqı-satqısına baxan Uğur K. arvadına gələn mesajı görəndə məsələni başa düşüb və Reşit Aydın ilə telefonda mübahisə edib. Görüşmək üçün Reşit Aydının iş yerinin yaxınlığına maşını ilə gedən Uğur K. iş yerinə daxil olaraq idman zalının sahibi Reşit Aydına hücum edərək, bıçaqlayıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Arvadına gələn mesajı görüncə xəyanət etdiyini anladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.