Dünya

"Liverpul" "Roma"nı darmadağın etdi, italyanlar adam öldürmək istədilər - FOTO

25 Aprel 2018 11:39
0 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liverpul polisi Çempionlar Liqasının 1/2 final matçında baş verən hadisələrə görə 9 nəfəri saxlayıb.

Milli.Az xəbər verir ki. 2 "Roma" fanatı 53 yaşlı "mersisayd" azarkeşini öldürmək istəmələrinə görə günahlandırılırlar.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kritik olaraq qiymətləndirilib.

Digər saxlanılanlarsa asayişi pozmaqda, narkotik və silah saxlamaqda günahlandırılırlar.

Qeyd edək ki, "Liverpul" İtaliya təmsilçisini 5:2 hesabı ilə darmadağın etdi.

UEFA Çempionlar Liqası 1/2 final

Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 5:2
Qollar
: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Adil Nəcəfov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.