Dünya

"Rusiya və İran Suriyada terrorçularla mübarizə aparır"

22 Fevral 2018 14:13
9 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Quta vilayətindəki vəziyyətə görə terrorçuları dəstəkləyən ölkələr məsuliyyət daşıyır.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov İranın və Rusiyanın Suriyadakı bombardmanla əlaqəli olduğu barədə səsləndirilən iddiaları şərh edərkən söyləyib.

"Suriyanın Quta vilayətindəki vəziyyətə görə terrorçuları dəstəkləyən ölkələr məsuliyyət daşıyır. Bildiyiniz kimi, nə Rusiya, nə İran, nə də Suriya belə dövlətlər siyahısındadır. Çünki bu ölkələr Suriyada terrorla mübarizə aparırlar".

Qeyd edək ki, BMT-nin verdiyi məlumata görə, Qutada son üç gün ərzində edilən bombardman nəticəsində 100-dən çox mülki vətəndaş ölüb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.