Dünya

Səudiyyə Ərəbistanı onlarla husi komandirini öldürdü

8 Noyabr 2017 17:43
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı Yəmənin şimalına zərbə endirərək, husilərin "Ənsaralla" təşkilatının onlarla komandirini öldürüb.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Sky News Arabia kanalı məlumat yaradıb. Kanalın məlumatına görə, Sananın şərqindəki Nahm rayonuna endirilən zərbə nəticəsində raket və digər silah növlərinin istehsalı ilə məşğul olan 11 üsyançı öldürülüb.

Bundan əlavə Hacca vilayətində yerləşən üsyançıların düşərgəsinə 12 hava reydi zamanı 50 nəfər öldürülüb. Husilərin dayağı sayılan Saad şəhəri də bombardmana məruz qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.