Dünya

“Türkiyə o müsəlmanlara bizdən həssasdır” – Vitse spiker

9 Sentyabr 2017 21:42
4 Şərh     Baxış: 1 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamenti sədrinin müavini Əli Mütəhhəri İranın Myanmada Arakan müsəlmanlarının taleyinə biganə qaldığını bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,Əli Mütəhhəri Myanmada müsəlmanlara edilən zorakılıqları yalnız hərbi yolla önləməyi mümkün sayıb: "Bu gün Myanma müsəlmanları dünyanın ən məzlum adamlarıdır. Lakin təəssüf ki, islam dünyasının onların acınacaqlı durumuna reaksiyası çox zəifdir.

Bu barədə yalnız bir neçə etiraz aksiyası keçirilib. İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı hər hansı bir iclas çağırmasından söhbət belə getmir. Görəsən, biz müsəlmanlar niyə NATO-ya bənzər ortaq bir hərbi ittifaq yaratmırıq ki, bu kimi hallarda meydana çıxıb müsəlmanlara yardım etsin? Hesab edirik ki, Myanma hökumətinin müsəlmanlara qarşı törətdiyi cinayətlərini yalnız hərbi güclə dayandırmaq olar".

İranlı deputat qeyd edib ki, Myanmada baş verənlərlə bağlı İrandan daha çox şeylər gözlənilir: "Lakin təəssüflər olsun ki, biz islamın özündən çox şiəyə önəm və fikir veririk. Halbuki islam dini həm şiələri, həm də sünniləri əhatə edir.

Etiraf edək ki, Türkiyə, Arakan müsəlmanlarının durumu ilə bağlı bizdən daha yaxşı davrandı. Rəsmi Ankara Banqladeşə dedi ki, Myanmadan qovulan müsəlmanların üzünə sərhədlərini aç və onları qəbul elə, xərcini biz ödəyəcəyik. Belə çıxır ki, biz islam həmrəyliyinin anlamını olduğu kimi qanmamışıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.