Dünya

İtaliyada da təhlükəsizlik tədbirləri gücləndirilir

20 Avqust 2017 17:17
0 Şərh     Baxış: 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarından sonra İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin qərarına əsasən, şəhərin mərkəzinə gedən icarədə olan bütün avtomobillər yoxlanılacaq. Artıq İspaniya ilə sərhəd bölgələrdə və insanların daha sıx olduğu "həssas" yerlərdə təhlükəsizlik tədbirləri artırılır.

İtaliyanın daxili işlər naziri Marko Minniti terror təhlükəsinin hər zaman olduğunu, buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.