Dünya

"Medcezir"in rejissoru tələbə qıza təcavüzdən həbs edildi - FOTO

18 Avqust 2017 13:21
1 Şərh     Baxış: 2 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leyla ilə Məcnun", "Medcezir", "Adını Feriha Koydum" seriallarının sənət rejissoru olan H.S. tələbə qıza təcavüz cinayətindən həbs edilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə serial sektorunda böyük səs-küyə səbəb olub. 26 yaşlı tələbə qız H.B.G. məkanların birində H.S. ilə qarşılaşıb. Bir müddət söhbət etdikdən sonra rejissor ona "Telefonumun batareyası tükənib. Evim yaxındır, bizə gedək, sonra qayıdarıq" deyərək qızı mənzilinə aparıb. H.S. evdə H.B.G. ilə zorla cinsi əlaqədə olub. 

Tələbə qız xəstəxanaya müraciət edərək arayış alıb və məhkəməyə şikayət ərizəsi yazıb. 

Rejissor polisə müsahibəsində "Onun öz razılığı ilə əlaqədə olmuşuq. Məndən iri qızdır, zorla münasibətdə olmağım mümkün deyil" deyib. H.S. ifadəsi alındıqdan sonra "cinsi zorakılıq" cinayəti ilə həbs edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.