Dünya

2014 – özündən bədgümanlığın ili

27 Dekabr 2014 21:18
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İllər də şəhərlərin izdihamları kimidir: çox vaxt adamın yanından heç bir iz buraxmadan keçirlər.

Amma bəzi illər yaddaşımıza və tarixə həkk olunur.
 

2014 məhz belə bir il idi. Bu ilin hadisələri bizi hər şeyin adi axarında davam edəcəyi barədəki xülyalarımızdan səksəndirib oyatdı.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, bu hadisələrdən bəzilərini xatırlamaq yerinə düşərdi.
 

21 fevral gecəsində Ukraynada prezident Yanukoviçin hökuməti və Ukraynanın Avropa Birliyinə və NATO-ya qoşulmasını istəyən nümayişçilər arasında küçə toqquşmaları kəllə-çarxa çatdı.
 

Kiyevin mərkəzi meydanı olan Maydana toplaşmış nümayişçilər hökumət əleyhinə silaha sarılacaqları ilə hədələdilər. İğtişaş polisi çəkilib getdi və prezident Yanukoviç Rusiyaya qaçdı.
 

Bu, sağ təmayüllü dövlət çevrilişi idi, yoxsa inqilab? Bu barədə təbii ki, ruslar, amerikalılar və avropalılar fərqli fikirdə idilər.

Tezliklə Krım yarımadası Rusiya hərbi forması geyinən, lakin yerli könüllü olduqlarını iddia edən adamlar tərəfindən blokadaya alındı.

Onsuz da həmişə Rusiyanın əlahiddə parçası kimi görünən Krım (səmimi şəkildə) Rusiya Federasiyasına qoşulmağa səs verdi. Rusiya kefdə idi.
 

Ukraynanın şərqində isə əsl vətəndaş müharibəsi gedirdi. Bu müharibədə Rusiya qüvvələri müxtəlif cildlərdə iştirak edirdilər.

Malayziya Hava Yolları şirkətinin Amsterdamdan Kuala Lumpura üçan sərnişin təyyarəsi Ukrayna üzərindən keçərkən Rusiya istehsallı raketlə vurulub salındı. Onun göyərtəsindəki tamamilə günahsız 298 insanın hamısı həlak oldu.
 

Misli görünməmiş hadisələr
 

Bunlar Avropada misli görünməmiş hadisələr idi və ABŞ, Avropa İttifaqı və başqa ölkələr və beynəlxalq təşkilatlar Rusiyanı cəzalandırmaq üçün onun üzərinə sanksiyalar qoymağa başladılar.

İqtisadi baxımdam getdikcə daha çox zərər çəkən Ruisya Qərbə qarşı dirənişində daha barışmaz mövqe tuturdu. Bu, ikinci, hərçənd daha mülayim və daha az təhlükəli Soyuq Müharibənin başlanğıcı idi.
 

Lakin 2014-cü ilin əsas şoku hələ boğçanın içindəymiş.
 

İyunun 9-dan 10-a keçən gecə 1300-dək o qədər də yaxşı təlim görməmiş dini eksteremistin maşınlı karvanı İraqın ən böyük şəhərlərindən biri olan Mosul üzərinə hücuma keçib onu zəbt etdi.

Adamlar birdən birə İslam Dövlətinin (İD) qara bayrağını gördülər. İraqda və Suriyada fövqəladə bir qüvvə zühur eləmişdi və bütün müsəlman dünyasına yayılacağı ilə hədələyirdi.
 

İraq ordusu, ələlxüsus da onun zabitləri sadəcə olaraq qaçıb getmişdilər. Ertəsi gün Tikrit şəhəri üzərində də qara bayraq dalğalanırdı. İD Bağdadın özünü fəth etmək əzmində görünürdü.

Lakin Bağdad möhkəm dayandı. İD indi də şəhər və kəndlərin zəbt olunmasını, xəbər başlıqlarının zəbti ilə əvəz etmişdi. Ekstremistlər müdafiəsiz əsirlərin iyrənc qətllərinin silsiləsini törədir, bu əməli ustalıqla lentə alır və musiqi ilə bəzəyirdilər.
 

Tədricən, İD-in opponentləri özlərini ələ aldılar. İraqdakı qatı məzhəbçi hökumət dəyişdi. Qərb ölkələri koalisiyası, İraq kürdləri və İran Suriyada İD-ə qarşı döyüşən ağlasığmaz müttəfiqə çevrildilər.
 

İndi heç kim qara bayrağın bütün region üzərində dalğalanacağına ciddi şəkildə inanmır. Lakin İD Pakistandan tutmuş Liviyaya və bu təşkilatı yamsılayan və divanə təsiri bağışlayan Boko Haram hərəkatının olduğu Nigeriyayadək təsir göstərir və ekstremistləri cəlb edir.

2014-cü ildə elə anlar da oldu ki, dünyanı başqa bir epidemiyanın - bu dəfə Ebolanın bürüyəcəyi təsəvvürü yarandı.
 

Əslində belə bir təhlükə əvvəllindən mövcud deyildi, çünki dünyanın səhiyyə ehtiyatları güclənmişdi, həm də ona görə ki, virusun özü də elə miqyaslarda yayılmağa meylli görünmürdü.
 

Get-gəllər ili
 

Lakin buna baxmayaraq bu il xeyli insanı vahiməyə salmışdı və belə vaxtlarda olduğu kimi hökumətlər və fərdlər heç də həmişə müdrik və tədbirli davranmırıar.

Bu il həm də get-gəllər ili idi. İraq və Əfqanıstandan qoşunklarını çıxaran Britaniya və ABŞ bu dəfə yerli qüvvələrə dəstək üçün əsgərlərini oralara göndərməyə başladılar.

Avropada separatçı hisslər gah Şotlandiyada, gah da İspaniyada coşurdu. Avropa İttifaqının özünə etimadsızlıq ifadə edilirdi.

Honk Konqda əlahiddə kimliyin qorunub saxlanmasını istəyənlər Çini yeni sərtliyə vadar etmişdilər, prezident Xi Jinping isə Kommunist Partiyası üzərindəki polad nəzarətini nümayiş etdirirdi.
 

2014-cü il çəkilib getdikcə, dünyanın bir sıra böyük məsələləri küçələrdə iz buraxır. Divanə ünsürlər Sidneydən Dijona və Tursadək müxtəlif şəhərlərdə İslam adından adamların üstünə hücum çəkirdilər. Elə müsəlmanların üzərinə də iqrçi basqınların sayı artıb.
 

Britaniyada polis də, siyasətçi də terrorçu basqınlarının hər an baş verə biləcəyindən narahatdır. ABŞ-da qaradərili insanların bir neçə polis nəfəri tərəfindən öldürülməsi, ümumilikdə polisə olan etimadı əsaslı şəkildə sarsıdıb.
 

"Time" jurnalı belə qərara gəlib ki, 2014-cü il "selfie ili" - yəni avtoportret fotosunun ili olub. Ola bilər.

Mənim üçün bu il əsəbilik və sabitsizlik ili kimi görünür. 2014-cü ilin avtoportreti isə özündən bədgümanlığın portretidir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.