Dünya

Kiyev blokadanın səbəbini açıqladı

27 Dekabr 2014 22:18
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Kiyevin birtərəfli olaraq Rusiyaya birləşdirilən Krıma dəmiryolu nəqliyyatının dayandırılma səbəbləri üzə çıxır.

Milli.Az axar.az-a istinadən bildirir ki, Krımla nəqliyyat əlaqəsinin dayandırılma səbəblərindən biri diversantların Ukraynaya müdaxilə etmələrinin qarşısını almaqdır.

Milli Təhlükəsizliyin Müdafiəsi Komitəsinin nümayəndələrindən Andrey Lisenkonun sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin olunması üçün qəbul edilmiş ölçülər müvəqqətidir.

Lisenko bunun birbaşa terrorçuların cəmləşdiyi ərazilərlə bağlı olduğunu, təhlükənin də məhz Ukraynanın nəzarətində olmayan bölgədən yarandığını bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti birtərəfli olaraq Rusiyaya birləşdirilən Krıma dəmiryolu nəqliyyatının dayandırıldığını açıqlamışdı.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.