Dünya

ABŞ PKK-nın Suriyadakı qollarına PUA verəcək

27 İyul 2017 14:34
3 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı qolları "YPG" və "PYD"yə (ABŞ-ın təklifi ilə adlarını dəyişib "Suriya Demokratik Gücləri" qoyublar) Pilotsuz Uçan Aparat (PUA) verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, PUA-dan istifadəni onlara öyrətmək məqsədi ilə ABŞ-ın Suriyanın Ayn-əl-Ərəb (Kobani) rayonundakı hərbi bazasından 9 hərbi müşavir də ezam olunub.

İnformasiyaya əsasən, həmin PUA-lardan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə olunacaq.

Məlumata görə, veriləcək aparatların sayı hələlik müəyyənləşməyib. Ancaq məsələ ilə bağlı açıqlama verən ABŞ ordusunun məsul təmsilçisi bildirib ki, PUA üçün bölgədə 6 yer qurulacaq.

Qeyd edək ki, Suriyanın şimalında terrorçu PKK qruplaşması qollarının nəzarətində olan ərazilərdə ABŞ 7 hərbi baza qurub. Son 16 ayda ABŞ onları müasir silahlarla təchiz edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.