Dünya

Dünyanın ən qısa orucu bu kənddə tutulur - Oruc müddəti cəmi 3,5 saatdır

12 İyun 2017 13:00
6 Şərh     Baxış: 11 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müsəlman dünyası Ramazan ayını yaşayır. 

On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq inandıqları dinlərinin şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, belə ki, təqvimə əsasən, bu müddət 16-17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil. Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir.

Məsələn, İsveçin Kiruna, Norveçin Tromso, İslandiyanın paytaxtı Reykravikdə 22, Stokholm, Oslo, Kopenhagen, Helsinkidə 20 saat. 

Ən qısa oruc müddəti isə Omandakı bir kənddədir. İki minə yaxın əhalisi olan Vekan kəndində Günəş 11.00-da doğur, 14.30-da batır. 

Müsəlmanların ən qısa oruc tutduqları yerlərdən biri də Argentinadadır. Uşuaia şəhərində orucun müddəti 9 saat 7 dəqiqədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.