Dünya

İNANILMAZ: yeni doğulmuş körpənin göbəyini kəsmədilər, 5 gün sonra isə... - FOTO

15 May 2017 20:24
13 Şərh     Baxış: 28 866

Avstraliyalı Klara Riba ikinci övladını dünyaya gətirən zaman uşağın göbək ciyəsini kəsməyə icazə verməyib. O, bir neçə gün uşağı ciftlə birlikdə saxlayıb.

Bəlkə də bu, sizə qəribə görünə bilər. Ancaq son illər yeni ana olanlar arasında ciftin kəsilməməsi dəb halını alıb. Ciftin uşaq dünyaya gəldikdən sonra saxlanması barədə fikirlər birmənalı deyil. Bəziləri bunu körpə üçün faydalı hesab edir, digərləri isə ana ilə körpə arasında bağların qopmaması kimi dəyərləndirir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Klara da məhz bu üsuldan istifadə edib. O, doğuş zamanı uşağın göbəyinin kəsilməsini qoymayıb. Göbəyin təbii şəkildə, heç bir müdaxilə olmadan quruyub düşməsini istəyib. Beləcə, 5 gün ana uşağı plasenta ilə birgə gəzdirib: "Mən körpəni evdə dünyaya gətirdim. İstədim, hər şey çox təbii və müdaxiləsiz olsun".
 
Təbii ki, bu, problemsiz ötüşməyib. Avstriyalı qadın cifti saxlamaq üçün çətinlik çəkdiyini etiraf edib. Belə ki, cift iylənməyə başlayıb: "Oğlum Lyuk çox isti günlərdə doğuldu. Ona görə də cifti saxlamaq elə də asan deyildi. Bir neçə gün sonra evdən pis qoxu gəlməyə başladı, çünki cift istidən iylənirdi. Biz qoxunun getməsi üçün çox üsula əl atdıq. Sellofan kulyoka qoyduq, xoş qoxulu müxtəlif otlar səpdik. Qapı, pəncərəni açıq qoyduq. Amma fayda vermədi".
 
Nəhayət, 5 gündən sonra cift quruyub düşüb. Lakin o dəhşətli qoxu evdən hələ bir neçə gün sonra çəkilib gedib.    

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Ema · 15 May 20:29132

    Kül ana baslna usaqa gör necə əziyyət edirdi

    Cavab yaz
    • Anonim
      ema ya · 15 May 20:5901

      Kisisen,kisi adiyla yazda!eee......

      Cavab yaz
  • Anonim
    cicek · 15 May 20:3071

    Das basina

    Cavab yaz
  • Anonim
    Könüll · 15 May 21:2420

    Yazıq körpə

    Cavab yaz
  • Anonim
    Cavad · 15 May 21:2670

    Allah agil versin(((

    Cavab yaz
  • Anonim
    Elmira · 15 May 21:3190

    Uwagada ozlerinede eziyyet veribler.o iylenmiw cifnen uwaq nefes alib.menasiz hereket

    Cavab yaz
  • Anonim
    Ahu · 15 May 21:3450

    Basdan xarab

    Cavab yaz
  • Anonim
    Jale · 15 May 21:4880

    Bexti getirib ki,curumush ciftden ushaq sepsis olmayib.

    Cavab yaz
  • Anonim
    teselli · 15 May 23:0850

    Allah agil versin

    Cavab yaz
  • Anonim
    aea · 16 May 09:2920

    Allah belələrinə niyə ağıl vermir görəsən...??? İnfeksiya keçib uşağı itirsə görən nə olardı....

    Cavab yaz
  • Anonim
    gul · 16 May 10:4500

    bularin uje baslari qacibda

    Cavab yaz
  • Anonim
    1111 · 16 May 12:3040

    Yaxşı ki, doğuş havanın isti vaxtına düşüb. Təbiilik axtarandısa niyə əncir yarpağı bağlamır? Yerdə yatmır?

    Cavab yaz
  • Anonim
    Alis · 16 May 15:1410

    Ciftdin ozu dusdu ve ya kesdiler ne ferqi var.Hemise neca olub ele hamisindan yaxsidi.Temizlikdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.