Milli.Az aznews.az-a istinadən xəbər verir ki, naməlum hakerlərin bu dəfəki ilk hədəfi Emma Watson olub. "Harry Poter" ulduzunun təxminən 120 şəkli sosial şəbəkədə yerləşdirilib. Kadrlardan Emmanın əynində fərqli geyimlər yoxladığı və vannada açıq-saçıq selfi etdiyi görünür. Şəkillərin şəbəkəyə sızması aktrisanın baş rol oynadığı "Gözəl və bədheybət" filminin premyera həftəsinə təsadüf edib.

Amanda Seyfried də kiber cinayətkarların hədəfinə tuş gəlib. Onun əsasən nişanlısı Tomas Sadoski ilə birgə fotoları sosial şəbəkədə yerləşdirilib.

Bundan əlavə, hakerlər şəbəkədə şəkillərini paylaşmağı vəd etdikləri bir qrup məşhurun soyadını paylaşıblar. Siyahıda model Kylie Jenner, aktrisalar Kirsten Dunst, Marisa Tomei, Abigail Spencer və Jillian Murray da yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində