2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - Bu vəhşiliyə Tanrı dözər? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu vəhşiliyi görəndə göz yaşlarımı saxlaya bilmədim. Hönkürüb ağladım, halbuki 22 ildən bəri bu hospitalda çalışıram, hər cür xəstə, yaralı görmüşəm".
Hindistanın paytaxtı Dehlidəki "Ganga Ram" hospitalının həkimi Narasinqha Prasab kövrəlib. O, balaca, 2 yaşlı Adityanın yanında durub göz yaşlarını silib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 2 yaşlı Aditya Racı oynadığı həyətdən oğurlamışdılar. Onun üzünə kükürd turşusu töküblər, sonra üzünün dərisi yanıb sallanan, ağrıdan və əzabdan nalə çəkən uşağı zibilxanaya atıblar.
Ağlamaqdan səsi tutulan uşağı yoldan keçən qadın görüb və dərhal polisə zəng vurub.
Hospitala aparılan Aditya reanimasiya bölməsindədir. Onun üzünün sağ tərəfi yanıb, sağ gözü kor ola bilər.
Polisdən verilən məlumata görə, uşağa qarşı cəlladlıq faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Adityanın anası, 25 yaşlı Soni Prasad da ağlayır. Onun dediyinə görə, balasının başına gələnlərdə suçlu odur.
"Mənəm günahkar. Bunu kimin etdiyini bilirəm. Manqaladır, 27 yaşı var. O əclaf mənimlə evlənmək istəyən murdardır. Mənə məşuqəsi olmağı təklif etdi. Söydüm, rədd etdim. Əyyaş, narkoman birisidir. O şərəfsiz də məni cəzalandırmaq, məndən qisas almaq üçün oğluma qıydı, Adityanı bu günə qoydu. Ağlamaqdan az qalır ürəyim yatsın. Balama baxa bilmirəm. Aditya yeganə övladımdır", - Soni Prasad deyib.
Soni Prasadın sözlərinə görə, Manqala ona əxlaqsız təklif edən kimi bunu ərinə, 33 yaşlı Camnaya deyib.
Manqala pullu adam, Camna isə adi fəhlədir.
"Manqala məndən əl çəkmirdi. Harada görürdü, yaxınlaşıb "ərindən ayrıl, gəl birlikdə yaşayaq" söyləyirdi. Ərim nə edə bilərdi ki?! Manaqalanın pulu, adamları var. Ərimsə adi fəhlə..." - Soni söyləyib.
Onun sözlərinə görə, Manqaladan qurtulmaq üçün Dehlini tərk edərək Quruqram bölgəsindəki Şanti Naqar şəhərinə köçmüşdülər. Amma Manqala orada da Sonidən əl çəkməyib.
Naçar ailə yenidən Dehliyə qayıdıb, çünki Şanti Naqarda iş yoxdu, Camna işsiz qalmışdı.
Hamiləliyin 8-ci ayında olan Soninin sözlərinə görə, əri onu sakitləşdirməyə çalışır: "Mənə deyir ki, oğlumuzu görəndə qorxmayım. Adityanı görməyə qorxuram. Qorxuram ki, ürəyim yatar".
"Ganga Ram" hospitalının həkimi, plastik cərrah Anuraq Pandeyin dediyinə görə, uşağı müalicə etmək üçün əllərindən gələni edirlər: "Adityanın sağ gözünün kor olmamasına çalışırıq. Cəlladlıqdır. Bu vəhşiliyə Tanrı dözər?!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Paşinyan Türkiyəyə səfər edib
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
XƏBƏR LENTİ
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi





