Dünya

Tələbəni zorlayıb məscidin həyətinə atıb qaçdı - anbaan kameralara düşdü - VİDEO - FOTO

28 Dekabr 2016 09:46
4 Şərh     Baxış: 7 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, İstanbulda tələbə A.Ç.-nin yolunu kəsərək yerə yıxıb təcavüz edən Monqolustan vətəndaşı hadisədən qısa müddət sonra saxlanılıb.

İstanbulda "Erasmus" sistemi ilə təhsil alan A.Ç. kafedən çıxıb evə gedərkən küçədə təcavüzə uğrayıb. Belə ki, Monqolustan vətəndaşı olan T.B.E. onun qarşısına çıxaraq yerə yıxıb, huşunu itirən qızı zorlayıb, sonra da məscidin həyətinə atıb qaçıb. T.B.E. qaçarkən qızın telefonunu da oğurlayıb.

Huşunu itirmiş halda yerdə uzanan qızı görənlər ambulans çağırıblar, polisə xəbər veriblər. 

Polislər təhlükəsizlik kamerası vasitəsi ilə T.B.E.-nin yerini tapıblar. O, qısa zamanda polislər tərəfindən saxlanılıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, təcavüzün yeni görüntüləri əldə edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tələbəni zorlayıb məscidin həyətinə atıb qaçdı - anbaan kameralara düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.