Dünya

İslam Kərimov Səmərqənddə dəfn olunub - YENİLƏNİB - FOTO

3 Sentyabr 2016 14:19
Baxış: 2 241
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

14:19

Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyində aparılıb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zinde kompleksinədək 2 km-dir.
Məlumata görə, İslam Kərimovu son mənzilə şəhər əhalisi, xarici ölkədən rəsmi qonaqlar, siyasətçilər yola salıblar. 
Xəbərdə bildirilib ki, İslam Kərimovun qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır.

---------

13:02

Səmərqənddə mərhum Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi başlayıb.

Milli.Az bildirir kİi, bu barədə Trend-ə dəfn mərasiminin təşkili üzrə komissiyadan məlumat verilib.

Zala dövlət və parlament rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də xarici ölkələrin nümayəndə heyətləri toplaşıblar.

Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Hazırda Səmərqəndə 20-dən çox ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndə heyətləri gəlib.

Qeyd edək ki, İ.Kərimov sentyabrın 2-də vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.