Dünya

İran bütün sərhəd boyu ordu yığır

13 Aprel 2011 08:28
Baxış: 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, İranın bütün sərhəd zonalarında ordu hissələri yerləşdiriləcək. "Media forum" saytının məlumatına görə, bunu aprelin 12-də jurnalistlərə Quru Qoşunlarının komandanı general Əhmədrza Purdəstan deyib.

Əhmədrza Purdəstan bildirib ki, bəzi qüvvələr bölgədə "İranofobiya siyasəti" yeridir, onu şiddətləndirir: "İran İslam Respublikası yeni təhdidlərlə üz-üzə qalıb. Bu təhdidlər növünə, formasına və ölçüsünə görə əvvəlki təhdidlərdən fərqlənir. Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq, bütün sərhədlərdə ordu hissələri yerləşdiriləcək və bütün sərhəd zonalarında yeni hərbi qərargahlar tikiləcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.