Dünya

Ağ Ev: "Əl-Qaidə" Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə yaradılıb

19 Aprel 2016 07:50
2 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Qaidə" terror təşkilatı Səudiyyə Ərəbistanı və bu ölkənin hökumət üzvlərinin maliyyə dəstəyi ilə yaradılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini Ben Rods bəyan edib.
 
"Səudiyyə Ərəbistanı "Əl-Qaidə"-yə dəstək siyasəti aparmayıb, lakin bir sıra zəngin insanlar ekstremist qruplaşmalara birbaşa ianələr ediblər. Belə deyək , "Əl-Qaidənin" bir layihə kimi ilkin mərhələsinə maliyyə dəstəyi Səudiyyə Ərəbistanından gəlib", deyə B.Rods bildirib.
 
Onun sözlərinə görə, terrorçulara maliyyə dəstəyi göstərənlər arasında səudiyyə hökumətinin üzvləri də olub: "Bu pulların dövlət aparatından hansı istiqamətə yönəldiyi illər ərzində diqqətdən yayınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.