2008-ci ildə Antalyada qəza nəticəsində iflic olan və ailəsi tapılmayan Ümid adlı rus gəncə ana kimi qayğı göstərən Gülsüm Kabadayıya cinayət işi açılıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbəır verir ki, o, pensiya almaq üçün həyat yoldaşı ilə saxta şəkildə boşanmaqda ittiham olunur. Gülsüm Kabadayıdan aldığı 70 min türk lirəsi dəyərində pensiyanı geri qaytarmaq tələb olunur.
Gülsüm Kabadayı məhkəməyə üç uşağı və Ümidlə birlikdə gəlib. O, məhkəmədə çıxış edərək haqqında deyilən ittihamları rədd edib.
Daha sonra qonşular dindirilib və onun boşandığı həyat yoldaşının demək olar ki, hər gün evə gəldiyi bildirilib. Lakin müttəhim onların yaşadıqları evin keçmiş həyat yoldaşı tərəfindən kirayə tutulduğunu və evin bütün kommunal xidmətlərini də keçmiş ərinin ödədiyini söyləyib. Keçmiş həyat yoldaşının hər gün gəlmə səbəbi həm də uşaqlarını görmək istəyidir.
Məhkəmə prosesi may ayının 25-nə saxlanılıb.
Məhkəmədən sonra jurnalistlərə müsahibə verən Gülsüm Kabadayı 2006-cı ildə boşandıqdan sonra ərinin pensiyası ilə dolandıqlarını deyib.
Qeyd edək ki, Gülsüm Kabadayı 2008-ci ildə bir xəstəxanada öz yaxınına baş çəkərkən yol qəzasına düşmüş rus gənclə qarşılaşıb. Həmin vaxt qəza səbəbi ilə yataq xəstəsi olan gənc nə danışa bilib, nə də üstündə sənədləri olub. Gəncin nə qohumu, nə də tanışının olmadığını görən qadın xəstəxanada ona aylarla qulluq edib və gəncin arxasınca heç kimin gəlmədiyini görəndə onu evə aparıb.
O gündən də Ümidə övladı kimi baxıb. Xəstəxanadan çıxanda 30 kq çəkisi olan bu gəncin yaşamaq ümidi çox az olub. Ancaq Gülsüm xanımın qayğısı nəticəsində rus gənc böyük irəliləyiş əldə edib və get-gedə ağzını tərpədərək tək-tük sözlər deməyə başlayıb.
Qadının başına gələnlər Türkiyə sərhədlərini aşaraq Rusiyaya çatıb. Canlı verilişdə rus millət vəkili onun qarşısında diz çökərək əllərindən öpüb.
Milli.Az
Dünya
İflic olmuş rus gəncə analıq edən türk qadına cinayət işi açıldı
27 Fevral 2015 22:00
2 Şərh
Baxış: 4 895
DİGƏR XƏBƏRLƏR
- İranda mədən çöküb, ölən və yaralananlar var
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Tuba Ünsal xəstəxanaya yerləşdirildi - FOTO
- Erməni xalqı gələcəyinin qonşularında olduğunu başa düşməlidir - Ərdoğan
- Xocalı soyqırımı ağır bəşəri cinayətdir – Ermənistan üzr istəməlidir! - VİDEOMÜSAHİBƏ
XƏBƏR LENTİ
- İranda mədən çöküb, ölən və yaralananlar var
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Taksi sürücüləri imtahan verəcək - RƏSMİ
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Odet Esembe Enqulu Milli Gimnastika Arenasında - FOTO
- Valideynlərin nəzərinə!
- Nadir Qafarzadə xanımı ilə - FOTO
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
- Nazir Fariz Şirinova yüksək vəzifə verdi
- Ordumuzda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir
- Müharibə veteranları üçün yeni güzəşt
- “Mənim üçün qız tapıb evlənmək “iki vur ikidir””
- Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama
- Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
- Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnaməyə dəyişiklik edilib
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Ceyhun Bayramov Pakistan Senatının sədrini COP29-la bağlı məlumatlandırdı - FOTO
- "Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək" - VİDEO
- Asif Şirəliyev Paris-2024-də hakimlik edəcək – SON DƏQİQƏ
- “Neftçi” Bojoviçə görə cərimələndi
- Tuba Ünsal xəstəxanaya yerləşdirildi - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı