Dünya

"Süleyman Şah" əməliyyatının sirləri

27 Fevral 2015 21:37
0 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən REGNUM İnformasiya agentliyinin Şərg redaksiyasının baş redaktoru Stanislav Tarasovun məqaləsini təqdim edir.

Qeyd edək ki, məqalədə bəzi tarixi dəyərləndirmələr zamanı istifadə edilən terminologiya ilə razı olmasaq da, müəllif yazısının orjinallığına hörmət əlaməti olaraq heç bir dəyişikliyə yol verilməyib.

Türkiyə Suriyada sərhədin 30 kilometrliyində məqbərəsi yerləşən Osman imperiyasının birinci sultanı Osman I Gazının babası Süleyman şahın nəşini özünə yaxın, Türkiyənin cəmi 200 metrliyində yerləşən Suriyanın Eşme rayonuna keçirib. Ankara orada "müvəqqəti" məqbərə tikməyi planlaşdırır.

Tarixdən məlumdur ki, qayi tayfasının və Osman imperiyasının hökmdarlarının banisi Süleyman Şah Fərat çayını keçərkən batıb və çayın yaxınlığında Suriyanın Rəkkə vilayəti Cabir qəsrin yaxınlığındakı "Türkün məzarı" adlanan yerdə dəfn edilib. Rəkkə şəhəri 639-cu ildə ərəb müsəlman tayfaları tərəfindən zəbt edilib. 640-ci ildə burada birinci məsçid tikilib.

796-ci ildə Hərun ər-Rəşid Rəkkəni inzibati apparatı Bağdadda yerləşən və Şimali Afrikadan Mərkəzi Asiyaya qədər uzanan Abbasilər imperiyasının formal paytaxtı edib. Şah sarayının 809-cu ildə yenidən Bağdada köçürülməsindən sonra Rəkkə Misir də daxil olmaqla, imeriyanın qərb hisəsinin paytaxtı olarag galmışdır. XVI-cı əsrdə Rəkkə osmanlı türklərin işğalından sonra tarixdə Osman imperiyasının Fıratdakı gömrük postu kimi qeyd olunur. Hətta Rəkkə vilayəti də yaradılmışdır.

Amma iş ondadır ki, "Atlantic" Amerika jurnalının yazdığına görə, xilafətin yenidən qurulmasını bəyan edən "İraq və Şam İslam Dövləti" (indiki "İslam Dövləti") qruplaşmasının fikrincə, türk tayfaları bu regionda gəlmədilər, Avrasiyadan gəliblər, işqalçıdılar. İD Suriyanın Hələb rayonuna mistik əhəmiyyət verir. 

Onlar Dabik düzənliklərini zəbt edib, halbuki, Avropa hərbi ekspertlərinin rəyinə görə, bu düzənliklər "heç bir strateji əhəmiyyət daşımır", bir hal istisna olmaqla: müsəlman rəvayətlərinə əsasən məhz burada "İslam ordusu ilə Roma ordusu görüşəcək" və bu "Qiyamətə dədər vaxtın hesablanmasının əvvəli olacag".

Bununla bağlı "Atlantic" yazır ki, "Roma"nın nə olduğu mübahisəli məsələdir, çünki indi Papanın ordusu yoxdur. Bu Şərqi Roma imperiyası, və ya indiyə gədər mistik paytaxtı İstanbul hesab edilən Vizantiyadır.

Ya da biz Türkiyə Respublikasını Roma hesab etməliyik, həmin o Türkiya respublikasını ki, o, "İD"-nin fikrinə görə, sonuncu yalançı xilafərə son goydu. Bu nöqteyi-nəzərdən türk kəşviyyatının Süleyman Şahın məqbərəsinin təhqir edilməsinin mümkünlüyü haqqında məlumatlar məntiqi görünür.

Öz yazılı müraciətində Türkiyə prezidenti Rəcəb Təyip Ərdoğan qeyd etdi ki, "Süleyman Şahın türbəsi və onun mühafizəsini həyata keçirən fəxri qarovul Türkiyə Silahlı qüvvələrinin uğurlu əməliyyatı nəticəsində yeni yerə köçürülmüşdür. Əməliyyat bizim ölkənin qərarları və tədbirləri sayəsində uğurla nəticələndi. Süleyman Şahın türbəsi artıq iki dəfə yerini dəyişmişdi və indi, beynəlxalq hüquq və razılaşmalara əsasən, artıq yeni yerdə bizim əcdadlarımızın xatirəsini yaşatmağa vadar edəcək bayraq dalğalanacaq".

Yenə də vacib təfərrüat qeyd olunmalıdır. Vəhhabi ideoloqların fikrinə görə, məqbərələrə ehtiramla yanaşma hədislərin birində Həzrət Məhəmmədin (c) kəlamına ziddir: "Heç bir qəbri uçurulmamış və evdə heç bir şəkili məhv etməmiş saxlama".

"İD"-nin fundamentalistləri bu hədisdən Mosulu zəbt edərkən qəbrlərlə mübarizə kampaniyasında istifadə etmişlər. Onlar İslam tərəfindən qəbul edilən müqəddəslərin qəbirlərini dağıdıblar. Bundan başqa, Orta əsrlərin müsəlman mədəniyyətinin bir sıra xadimlərinin qəbrləri də dağıdılmışdır. Beləliklə "İD" anlatmaq istəyir ki, türklər "peşman olmayınca və onlara qatılmayınca din qardaşları hesab edilməyəcək".

İstanbul türbə üzərində öz bayrağını ucaltmaq və orada fəxri qarovul düzmək hüququ almışdır. Türkiyə bu ərazini öz suveren ərazisi hesab edir. Sonradan bu status yeni hökümətlərarası sazişlər əsasında qüvvəyə minib. Ona görə Ankara Dəməşqlə müəyyən razılaşmalara istinad edərkən, rəsmi yolla türbənin problemini həll edə bildi. Lakin, "Milliyet" xəbər verir ki, "türk tərəfi İstanbuldakı Suriya konsulluğunu xəbərdar etdi, amma Suriya hökümətinin razılığını gözləmədən əməliyyatın keçirilməsinə qərar verdi". 

Dəməşq cavabında bəyan etdi ki, köçürülmüş türbənin ərazisində fəaliyyət göstərən "İslam dövlətinin" silahlı ekstremistləri "kilsələri, məsçidləri, qəbrləri dağıdır, lakin bir dəfə də olsun Süleyman Şahın məqbərəsinə basqın etməyiblər, bu da Türkiyə ilə "İD" arasında sıx əlaqələrin mövcudluğu haqqında xəbər verir". Beləliklə şübhələr yarandı ki, Ankara "faktiki olaraq Suriyaya hərbi müdaxilə əməliyyatı həyata keçirir".

Lakin bundan öncə KİV-də yayılmış məlumatlara görə, Türkiyə XİN kəşviyyatla birlikdə Süleyman Şahın türbəsi problemini Suriyaya hərbi müdaxilə etmək üçün bəhanə kimi istifadə edilməsi ssenarisini müzakirə etmişlər. Bu zaman güya kəşviyyatın keçmiş rəhbəri Fidan Hakan demişdi: "Əgər lazım olsa, mən Suriyaya dörd nəfər göndərəcəyəm və Türkiyəyə 8 raket atacağam ki, bununla da müharibənin başlanılması üçün səbəb yaransın". Marağlısı odur ki, belə məlumatın "sızılması" məhz ABŞ-ın Suriyaya hərbi zərbə endirilməsi layihəsinin müzakirəsi zamanı baş vermişdi.

Lakin Rusiya ilə Suriya arasında kimya arsenalının ləğv edilməsinə dair razılaşmalar əldə olunduqdan sonra amerikalıların planları dəyişdi, "İD"-nin İraqda və Suriyada aktivləşməsindən sonra onlar (ABŞ) beynəlxalq hərbi-siyasi koalisiyasının formalaşdırılmasına başladılar və Stratfora görə, bu koalisiyada "Amerika və Türkiyə strategiyalarının uyğunlaşdırılması yeni Suriya strategiyası üçün ilkin şərt oldu". Bir çox türk siyasətçiləri "Süleyman Şah" əməliyyatının motivlərini və nəticələrini məhz bu kontekstdə qəbul edirlər.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu bəyan etdi ki, "Türkiyəni belə biabırçılığa vadar edənlər cavab verməli olacaq", çünki Türkiyə öz torpağlarını atarkən, qacıb xilas olmağa üstünlük verdi".

Öz növbəsində, müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bildirib ki, "Türkiyədə artıq şahlara xas olan ruh yoxdur" və "abidə terrorçular tərəfindən gələn təhlükə və şantaj səbəbi ilə atılmışdır".

Yaranmış mənzərə çox orijinaldır. "Milliyet", türbənin təhlükəsizliyi barədə düşünərək, yeni mövqe qeyd edir: əgər əvvələr formal olaraq türbənin və türk hərbçilərinin təhlükəsizliyinə rəsmi Dəməşq tərəfindən zəmanət verilirdisə, indi o, "türbələr" kimi dini simvolları radikal şəkildə rədd edən qeyri-dövlət subyekti (nəzərdə İD tutulur) tərədindən "açıq təhlükəyə məruz qalır".

Bu isə o deməkdir ki, əgər Ankaraya türbə "məsələsindən" istifadə etmək lazım gəlsə, Ankara bəyan edəcək ki, "onun mühafizəsini dövlətin şərəf məsələsi hesab edir" və lokal sərhəd münaqişəsinə qərar verəcək. Belə olduğu halda, "İD" və Türkiyə, müxtəlif məqsədləri güdərək, vəziyyəti manipulyasiya edərək, birlikdə obyektiv fəaliyyət göstərə bilərlər. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Əhməd Davutoğlu Twitter-də yazmışdır ki, "sonra türbə öz köhnə yerinə qaytarılacaq". Ankara "Süleyman Şah" əməliyyatının terrorçularla şiddətli döyüşlər aparan Suriya kürdləri ilə razılaşdırılmasından sirr eləmir.

Kürdyönlü Xalq demokratik partiyasının (XDP) deputatı Xasip Kaplan bəyan etdi ki, "Kobanidə türk hərbçiləri və kürd qüvvələri arasında hərbi əməkdaşlıq mövcuddur", halbiki bu məlumatları türk kəşfiyyatındakı mənbələr təkzib edir.

Dəməşq etiraz edir, amma bu etirazlar çox zəifdir, ancaq xarici işlər nazirinin müavini səviyyəsində. Ona görə də hadisələrin mövcüd kaleydoskopunda bir məntiqi xətt ayırmaq çətindir. Yəqin ki, Türkiyədə 7 iyun parlament seçkilərinin yaxınlaşması ilə bu xətt daha aydın görünər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.