Dünya

Məşhur müğənninin qızı yenə komaya düşdü

27 Fevral 2015 11:17
0 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur müğənni Uitni Hyustonun 21 yaşlı qızı Bobbi Kristina Braun yenə komaya düşüb.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, məşhur müğənninin övladı ayılsa da, epileptik tutmaları başladığından həkimlər onu yenidən koma vəziyyətinə qaytarıblar.

Xatırladaq ki, Bobbi Kristina Braun ötən ay evinin hamam otağında əri Nik Qordon tərəfindən huşsuz vəziyyətdə tapılmışdı. Xəstəxanaya aparılan Bobbinin başında şiş aşkarlanmışdı və o, süni nəfəs aparatına qoşulmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.