Dünya

Tanınmış türk aktyor öldü - VİDEO

27 Fevral 2015 09:43
1 Şərh     Baxış: 3 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Super baba" serialında canlandırdığı obraz aktyora şöhrət qazandırıb

Türkiyənin tanınmış aktyoru Aytaç Yörükaslan vəfat edib.

Anspress-in məlumatına görə, nəfəs çatışmazlığı və mədə qanaxması diaqnozu ilə xəstəxanaya çatdırılan 77 yaşlı aktyor ötən gün səhərə yaxın dünyasını dəyişib.

Aytaç Yörükaslan 1937-ci ildə dünyaya gəlib. İlk dəfə teatrda səhnə həyatına addım atan aktyor daha sonra bir çox filmdə və serialda çəkilib. "Super baba" serialında canlandırdığı obraz aktyora şöhrət qazandırıb.

"Bebeğim", "Şubat Soğuğu", "Yusuf Yüzlü", "Kimsecikler", "Sıcak Saatler", "Mektup", "80. Adım", "Kurtuluş", "Kız Kulesi Aşıkları", "Süper Baba", "Kuş Sayfaları", "Aşk Filmlerinin Unutulmaz Yönetmeni", "Sis", "Zalimler", "Ay Yıldız Fedaileri" aktyorun çəkildiyi film və seriallardan bəziləridir.

Allah rəhmət eləsin!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.