Dünya

İŞİD-dən misilsiz vəhşilik: tarix məhv olundu - VİDEO - FOTO

27 Fevral 2015 10:22
0 Şərh     Baxış: 2 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın Mosul şəhərindəki tarix muzeyini viran qoymağa davam edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, terrorçular muzeyin əsas zalında saxlanan və ən azı 3 min il yaşı olan qədim abidələri gürzlərlə vuraraq sındırıblar, sonra da aşırdıblar.
 

Olayla bağlı İŞİD-in yaydığı açıqlamada deyilir: "Bu heykəllər bütlərdir və bütpərəstlərin çirkin tarixidir. Müsəlman şəhərində belə murdarlıq olmamalıdır".
 

Məhv edilən abidələr arasında eramızdan əvvəl 9-cu əsrə şamil olunan, qədim Assuriyada hazırlanmış Öküz Tanrısının heykəli də vardı.

Ötən həftə İŞİD Mosulun mərkəzi kitabxanasını dağıtmış, binanın həyətində tonqal qalayaraq 10 min kitabı və 700 qədim əlyazmanı yandırmışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.