Dünya

Prezident girovları özü qarşıladı

27 Dekabr 2014 14:23
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Petro Poroşenko hərbçiləri qarşılamaq üçün hava limanına gedib

Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə Rusiyayönümlü üsyançılar arasında girov mübadiləsi baş tutub. Ölkənin təhlükəsizlik xidməti əməliyyat zamanı 146 ukraynalı hərbçinin azad edilməsi barədə məlumat yayıb. Qarşı tərəfdən isə 222 nəfər azad edilib. Ukrayna rəsmiləri daha 4 nəfərin isə bu gün azadlığa buraxılacağını bildiriblər. Girovların dəyişdirilməsi əməliyyatı Konstantinovki şəhəri yaxınlığında həyata keçirilib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ukrayna Prezidenti Petro Poroşenko azad edilmiş hərbçiləri hava limanında şəxsən qarşılayıb. Azadlığa çıxan girovlarla söhbətində Poroşenko qəlbinin sevinc hissi ilə dolduğunu deyib:

"Həm prezident, həm də sadə vətəndaş olaraq, qəlbim sevinc hissi ilə doludur. Söz verdiyim kimi, siz Yeni ili öz ailələriniz və hərbçi dostlarınızla birlikdə qeyd edəcəksiniz. Uzun müddətdir ki, siz və biz bunu gözləyirdik. Hamınıza təşəkkür edirəm".

Donbas batalyonunun üzvü olan keçmiş girovlardan biri Gennadi Manuyev daha 11 hərbçinin girovluqda qaldığını deyib: "Prezidentin şəxsən bizi qarşılaması bizim üçün çox xoşdur. Bizim azadlığımız üçün etdiklərinə görə ona minnətdarıq. Ümid edirik ki, hələ də girovluqda saxlanılan 11 yoldaşımızın hamısı tezliklə azadlıqda olacaq".

Ukrayna hökuməti və Rusiyayönümlü qüvvələrin administrasiyası bir müddət əvvəl Belarusun paytaxtı Minskdə danışıqlar zamanı girovların mübadiləsinə dair razılığa gəlmişdi. Bu, Ukraynanın şərqində gərginliyin başladığı aprel ayından bəri ən böyük girov mübadiləsi olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.