Dünya

Eboladan qalmadı - cəmi 10 dollara!

19 Oktyabr 2014 17:17
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikalılar Ebola virusu formasında olan oyuncaqları piştaxtalardan "süpürüblər"

Qorxulu xəstəliklərin yumşaq oyuncaqlarını hazırlayan Giant Microbes şirkəti bildirib ki, ABŞ-da Ebola virusu formasında olan oyuncaqların ehtiyatı bitib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Şirkətin saytında oyuncağa əlavə olunan təsvirdə şirkət Ebola virusunu "mikrobların tirannozavrı" adlandırır. Şirkət öz məhsulunu əyləncəli hədiyyə kimi dəyərləndirir. 

İstehsalçı deyir ki, oyuncaq maarifçilik səviyyəsini artırır, çünki oyuncaqla birlikdə təlimat kağızı da verilir, kağızda isə bu virusa yoluxanların hansı hallara düşdükləri, xəstəliyin simptomları göstərilir. 

Qəhvəyi rəngli soxulcana bənzəyən oyuncağı sıravi vətəndaşlardan savayı, əczaçılıq şirkətləri, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və Qırmızı Xaç Cəmiyyəti də alır.

Balaca Ebola oyuncağı 10, böyüyü 30 dollaradır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.