Dünya

Nepal və Hindistanda 180-dən çox insan daşqınların qurbanı oldu

18 Avqust 2014 20:50
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Güclü yağışlar nəticəsində baş vermiş daşqınlar nəticəsində Nepalda azı 100, Hindistanda isə 84 nəfər həlak olub.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, hazırda Qərbi Nepalda təbii fəlakət səbəbindən minlərlə insan evsiz qalıb. Hökumətin məlumatına əsasən, ölkənin 75 inzibati rayonundan 20-nə ciddi ziyan dəyib.

Hindistanda ən acınacaqlı vəziyyət ölkənin şimal Uttarakhand ştatında yaranıb. Əhalini fəlakət zonasından təxliyyə etmək üçün hökumət ordu qüvvələri cəlb edib. Təxliyyə olunan insanlar məktəb və digər ictimai binalarda yerləşdirilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.