Dünya

Fələstinli uşağın fəryadı: "Ya rəbbi!" - VİDEO

22 İyul 2014 23:05
2 Şərh     Baxış: 1 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin 14 gündən bəri amansız bombardmanlara məruz qoyduğu Fələstinin Qəzza bölgəsində viran orlmuş evlərdən birinin xarabalıqları altından kiçik qızın xilas edilməsinin əks olunmuş video ürək dağlayır.

Milli.Az Vada-ya istinadən bildirir ki, Qəzzadakı Salihin şəhərinin Cəbbanat küçəsində yerləşən bina İsrail qoşunlarının artilleriya atəşindən darmadağın olub.

Binanın xarabalıqları altında qalmış yaralıları xilas etməyə çalışanlar balaca qızla anasını görürlər.
 

Nura adlı qızı xilas etməyə çalışanda o, "Ya rəbbi! Ya Rəbbi! La iləha illəllah!" qışqırır, Allaha yalvarır.

Nura və anası dünən xarabalıqdan çıxarılıblar.
 

İsrailin iyulun 8-dən indiyənə Qəzzaya başlatdığı aramsız hücumlar zamanı həlak olanların sayı 633-ə çatıb. Yaralıların sayı isə 3752-ə çatıb. Ölən fələstinlilər arasında ən az 154-ü uşaqlardır.
 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.