Milli.Az Vada-ya istinadən bildirir ki, Qəzzadakı Salihin şəhərinin Cəbbanat küçəsində yerləşən bina İsrail qoşunlarının artilleriya atəşindən darmadağın olub.
Binanın xarabalıqları altında qalmış yaralıları xilas etməyə çalışanlar balaca qızla anasını görürlər.
Nura adlı qızı xilas etməyə çalışanda o, "Ya rəbbi! Ya Rəbbi! La iləha illəllah!" qışqırır, Allaha yalvarır.
Nura və anası dünən xarabalıqdan çıxarılıblar.
İsrailin iyulun 8-dən indiyənə Qəzzaya başlatdığı aramsız hücumlar zamanı həlak olanların sayı 633-ə çatıb. Yaralıların sayı isə 3752-ə çatıb. Ölən fələstinlilər arasında ən az 154-ü uşaqlardır.
Milli.Az