Dünya

Obama Rusiyaya qarşı yeni sanksiyaları təsdiq etdi

17 İyul 2014 09:34
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Obama "Biz Rusiyadan hərəkət gözləyirik", Putin isə sanksiyalar "ikitərəfli əlaqələri dalana salır" dedi

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq olunacaq yeni sanksiyaları təsdiq edib.

Anspress-in məlumatına görə, Obama "Mən bəzi Rusiya şirkətləri və iqtisadi institutlarına qarşı olan sanksiyaları təsdiq etdim. Mən aydın şəkildə təkarlayırdım ki, Rusiya Ukrayna ilə sərhəddə yaraqlı və silah axınının qarşısını almalıdır, separatçıların girovları azad etməsi üçün təzyiq göstərməlidir, atəşkəsə dəstək olmalı və beynəlxalq danışıqlara qoşulmalıdır. Mən cənab Putinə bunu çox açıq şəkildə bildirmişəm, bizim Avropadan olan partnyorlarımız da bunu cənab Putinə deyiblər" söyləyib.

ABŞ Prezidenti "məsələnin diplomatik həlli üçün bütün səylər görülür. Lakin biz Rusiyanın sərhəddə münaqişənin həllinə yönəlik sözdən çox hərəkətlərini görmək istəyirik. Bu günə olan vəziyyətə görə isə qeyd etdiyim bütün amillər Rusiya tərəfindən uçuruma yuvarlanıb. Əslində, Rusiya separatçılar tərəfindən Ukraynanın müstəqilliyinin pozulmasına dəstək verməkdə davam edir" deyə qeyd edib.

Obama sonda Ukraynadakı hadisələrdə bütün bunlara baxmayaraq proqres yaşadıqlarını da bildirib.

Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin sanksiyaların təsdiqini tənqid edərək "bu ikitərəfli əlaqələr dalana salır" deyə etirazını bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.