Dünya

Türkiyə prezidentinin maraqlı FOTOları

5 İyul 2014 12:35
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu fotoların bəzisini prezident özü də görməyib

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün bəzisini heç özünün də görmədiyi yeni fotoları yayılıb.

Anspress-in xəbərinə görə, şəkillər İstanbulda açılışı olan, Abdullah Gülün prezidentliyi dövründə çəkilmiş şəkillərdən ibarət sərgidə nümayiş olunur.

Sərginin açılışını həyata keçirən Abdullah Gül jurnalistlərə verdiyi açıqlamada sərgidəki fotoların 7 illik prezidentliyi dövründə prezident administrasiyasının fotoqrafları tərəfindən çəkilmiş minlərlə şəklin arasından seçildiyini deyib.

Sərgidən razı qalan Gül bunu 7 ilin icmalı kimi qiymətləndirib.

Qeyd edək ki, sərgidə administrasiyanın fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan YıldızMehmet Demirçinin çəkdiyi 1 milyon şəklin arasından seçilmiş 50 foto nümayiş olunur.

Sərgi iyulun 11-nə qədər ziyarətçilərin üzünə açıq olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.