Türkiyənin 11-ci prezidenti Abdullah Gülün bəzisini heç özünün də görmədiyi yeni fotoları yayılıb.
Anspress-in xəbərinə görə, şəkillər İstanbulda açılışı olan, Abdullah Gülün prezidentliyi dövründə çəkilmiş şəkillərdən ibarət sərgidə nümayiş olunur.
Sərginin açılışını həyata keçirən Abdullah Gül jurnalistlərə verdiyi açıqlamada sərgidəki fotoların 7 illik prezidentliyi dövründə prezident administrasiyasının fotoqrafları tərəfindən çəkilmiş minlərlə şəklin arasından seçildiyini deyib.
Sərgidən razı qalan Gül bunu 7 ilin icmalı kimi qiymətləndirib.
Qeyd edək ki, sərgidə administrasiyanın fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Demirçinin çəkdiyi 1 milyon şəklin arasından seçilmiş 50 foto nümayiş olunur.
Sərgi iyulun 11-nə qədər ziyarətçilərin üzünə açıq olacaq.