Dünya

Qabriel Qarsia Markeslə vida mərasimi keçiriləcək

21 Aprel 2014 18:00
0 Şərh     Baxış: 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün dünya şöhrətli kolumbiyalı yazıçı, Nobel mükafatçısı Qabriel Qarsia Markeslə vida mərasimi keçiriləcək.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, vida mərasimi Mexikonun İncəsənət Mərkəzində baş tutacaq. Mərasimdə Meksika və Kolumbiyanın prezidentləri iştirak edəcək.

Bir neçə gün əvvəl yazıçının cəsədi yaxın qohumlarının iştirakı ilə yandırılıb. Markesin külünün harada saxlanacağı ilə bağlı bir neçə gün əvvəl başlanmış mübahisəyə bu gün son qoyulacaq. Yazıçının ailə üzvləri Markesin külünün onlara yaxın yerdə saxlanılmasını tələb ediblər.

Kolumbiyanın Meksikadakı səfiri Jose Qabriel Ortis isə bildirib ki, mərhum yazıçının külü iki ölkəyə - Meksikaya və Kolumbiyaya səpələnəcək.

Qeyd edək ki, Kolumbiyada anadan olan yazıçı ömrünün son 50 ilini Meksikanın paytaxtı Mexikoda yaşayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.