Dünya

Turçinov: "Putin ondan çox qorxur"

21 Aprel 2014 11:58
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Putin rejimi müstəqil Ukraynanı məhv etmək istəyir

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Ukraina" telekanalının efirində Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

O qeyd edib ki, Putin Ukraynadan çox qorxur.

"Çünki Ukrayna bir çox postsovet ölkələri üçün nümunədir. Yəni, insanlar özləri müəyyən edə bilərlər, hansı hakimiyyət onların xoşuna gəlir, hansı yox. Bizim ölkədə insanların özləri oğru məmurları hakimiyyətdən uzaqlaşdıra bildilər. Belə nümunə Putini qorxuya salır. Bu üzdən də onun məqsədi Ukraynadakı sabitliyi tamamilə pozmaqdır. Ölkənin şərqində vəziyyətin gərginləşdirilməsi bütövlükdə Ukraynaya zərbə vurmaqdır", - deyə o vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.