Dünya

Jirinovski canlı efirdə üzr istədi - VİDEO

21 Aprel 2014 10:17
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LDPR lideri Vladimr Jirinovski təhqir etdiyi qadın jurnalistdən üzr istəyib

Anspress-in xəbərinə görə, partiya lideri bu addımı "Rossiya-1" telekanalında iştirak etdiyi "Vladimir Solovyovla Bazar axşamı" verilişinin canlı efirində atıb.

Xanım jurnalistlə çox kobud danışdığını etiraf edən Jirinovski jurnalistdən və hər kəsdən üzr istəyib, həmçinin xəstəxanada müalicə olunan jurnalistə maddi yardım göstərə biləcəyini qeyd edib.

Xatırladaq ki, LDPR sədri Vladimir Jirinovski "Rossiya seqodnya" telekanalının əməkdaşını təhqir etmişdi. Belə ki, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbləşib. Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiya Ukraynaya sanksiya tətbiq etməlidirmi?" sualını verib. Bundan bərk əsəbləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb. Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. "Rossiya seqodnya" telekanalının əməkdaşı hamilə olduğunu söyləsə də, Jirinovski onu da təhqir etməkdən çəkinməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.