Dünya

Yenə o aviaşirkət, yenə xof, qorxu... - FOTO

21 Aprel 2014 10:44
1 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şükürlər olsun Tanrıya ki, bu dəfə xata-bala sovuşdu. Artıq bu aviaşirkətin təyyarələrinə minməyə də qorxuruq. Amma nə edək, naçar qalmışıq".

Qorxmuş sərnişinlər belə deyirdilər.
 

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Boeing 737 təyyarəsi paytaxt Kuala-Lumpurdakı beynəlxalq hava limanında potensial qəzadan qurtulub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kuala-Lumpurdan Hindistanın Banqalor şəhərinə uçan təyyarə cəmi 90 dəqiqə səmada olacaqdı.

Lakin təyyarə səmaya qalxandan sonra onun şassilərində problemlər aşkarlanıb.

139 sərnişinin olduğu təyyarə 2 saat səmada qalıb və sonra yerə enib.
 

Təyyarənin bunca uzun müddət hava limanının üzərində dövrə vurmasının səbəbi onun baklarındakı yanacağın bitməsinin gərəkməsi idi.

Sərnişin aviasiyasındakı yazılmamış qaydalara görə, səmaya qalxan və ya hava limanına enməyə hazırlaşan təyyarədə nasazlıq aşkarlanarsa, pilot baklardakı yanacağın minimum həddə düşməsinə qədər səmada dövrələr etməlidir.
 

Səbəb yanacaq dolu bakların təyyarənin enişi zamanı problemlərin yaranacağı təqdirdə partlayış riskini artırmasıdır.

166 adamın olduğu, MH192 reysi ilə uçan təyyarədəki olayla bağlı araşdırmalar aparılır.
 

Malayziyanın müdafiə naziri, habelə nəqliyyat naziri səlahiyyətlərini icra edən Hişamuddin Hüseyn Twitter-dəki profilində yazıb: "Şükür Allaha ki, hər şey yaxşı qurtardı. Araşdırmalar aparırıq".
 

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan təyyarə səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
 

Hazırda 8 ölkənin 17 gəmisi və 19 təyyarəsi Hind Okeanının cənubunda, 4500 m dərinlikdə olan təyyarə qalıqlarını aşkarlamaq üçün axtarışdadır. Təyyarənin "qara qutusu"nun siqnalları aydın və səlis alındığından axtarış bölgəsi kiçilib.
 

Fəqət bütün səylərə rəğmən, təyyarənin qalıqları hələ də aşkarlanmayıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.