Dünya

Berluskoni cəza çəkməkdən məmnundur

18 Aprel 2014 11:21
0 Şərh     Baxış: 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Berluskoni yaşlı insanlara, ehtiyacı olanlara həmişə yardım etməyə çalışdığını və indidən sonra da buna sadiq qalacağını deyib

Anspress yazır ki, İtaliyanın sabiq baş naziri Silvio Berluskoni qocalar evində cəza çəkməkdən məmnun olduğunu bildirib. Berluskoni qeyd edib ki, yaşlı insanlara, ehtiyacı olan insanlara həmişə yardım etməyə çalışıb və indidən sonra da bu xüsusiyyətinə sadiq qalacaq.

"Mən qərara hörmətlə yanaşacam. Baxmayaraq bu, ədalətsiz bir qərar idi. Ehtiyacı olan insanlara kömək etmək isə, həmişə sevdiyim və gördüyüm iş olub", - deyə Berluskoni əlavə edib.

İtaliyanın kassasiya məhkəməsi ötən ilin avqust ayında Berluskonini vergidən yayınmaqda ittiham edərək ona 4 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin daha sonra Berluskoninin cəzası 1 il olmaqla ev həbsi ilə əvəz olundu. Bir qədər əvvəl isə, Milan məhkəməsi Berluskoninin cəzasını qocalar evində çəkməsinə qərar vermişdi.

Qərarda Berluskoninin həftədə bir dəfə 4 saat olmaqla qocalara xidmət edəcəyi göstərilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.