Dünya

İranda casusluqda ittiham olunan qruplaşma zərərsizləşdirildi

7 Aprel 2014 19:13
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın Xuzistan əyalətində xarici kəşfiyyata bağlılığı olan silahlı qruplaşma zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın "Pishraft press" xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, silahlı qruplaşmanı İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) qüvvələri zərərsizləşdirib.

Qruplaşmadan partlayıcı maddələr, yapışan bombalar, gizli əlaqələr yaratmaq üçün qurğular, mobil telefonlar və digər vasitələr müsadirə olunub.

Məlumatda qrup üzvlərinin sayı göstərilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.