Dünya

Tehran polisində kütləvi kadr islahatları

7 Aprel 2014 17:04
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran şəhər polisində kütləvi kadr islahatları aparılıb, bir sıra rəislər pensiyaya göndərilib

Trend-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" saytı xəbər verir.

Məlumata əsasən, Tehran Şəhər Yol Polisi İdarəsinin rəisi, şəhərin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Əxlaq Təhlükəsizliyinin Təmini üzrə İdarənin rəisi və bir sıra polis şöbələrinin rəis müavinləri işdən çıxarılıb və onların yerinə yeni rəislər təyin olunub.

Tehran Şəhər Yol Polisi İdarəsinin yeni rəisi vəzifəsinə Timur Huseyni, Əxlaq Təhlükəsizliyinin Təmini üzrə İdarənin yeni rəisi Tağı Əfrənd, həmin idarənin rəisinin əməliyyatlar üzrə yeni müavini Rza Basto təyin olunub. Bundan başqa, Tehranın səkkizinci məntəqəsi üzrə polis şöbəsinin rəisi vəzifəsinə Mehrzad Bijənniya təyin olunub.

Tehran Şəhər Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisinin adı açıqlanmır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.