Dünya

Rusiyalı hərbçi Krımda Ukrayna ordusunun zabitini qətlə yetirdi

7 Aprel 2014 16:23
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krımda rusiyalı hərbçi Ukrayna ordusunun zabitini qətlə yetirib

APA-nın "BBC Ukraina"ya istinadən verdiyi məlumata görə, hadisə Novofyodorovka yaşayış məntəqəsində gecə saatlarında baş verib.

Ukrayna ordusunun mayoru, 1981-ci il təvəllüdlü Stanislav Karaçevski ilə rusiyalı hərbçilər arasında münaqişə yaranıb.

Ukraynalı zabit dostu ilə birgə rusiyalı hərbçilərdən qaçmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Ukrayna Hərbi-Hava Qüvvələrindəki mənbə bildirib ki, rusiyalılar qətl faktını gizlətmək üçün mayor Karaçevskinin meyitini özləri ilə aparıblar.

Rusiya tərəfi isə hadisə zamanı rusiyalı hərbçilərin silahdan müdafiə məqsədilə istifadə etdiklərini iddia edib. Artıq faktla bağlı cinayət işinin açıldığı bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.