Dünya

Avropa Birliyi narahatdır

7 Aprel 2014 16:37
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Birliyi Ukraynanın şərqində baş verən hadisələrə görə narahatdır. Növbəti qarışıqlıqdan qaçmağa çağırır və Rusiyaya qarşı iqtisadi tədbirlər hazırlamaqda davam edir. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç məlumat verib. 

Bu gün Ukraynanın Donetsk, Xarkov və Luqansk şəhərlərində Rusiya bayraqları ilə etiraz aksiyaları keçirilib. Aksiyaçılar referendum keçirilməsini və regionlarının Rusiyaya birləşdirilməsini tələb edir. 

"Biz vəziyyəti diqqətlə və narahatlıqla izləyirik. Ukraynada istənilən tələblər güc tətbiq edilməyən vasitələrlə, qanunun aliliyi və demokratik standartlara uyğun şəkildə bəyan edilməlidir", - Kosyançiç əlavə edib. 

O, Avropa Birliyinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.