Dünya

"Mən Yanukoviç deyiləm. Ölkədən getməyəcəm"

7 Aprel 2014 15:52
1 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suriya Prezidenti Bəşər Əsəd sona qədər ölkəsində qalacağını bəyan edib. O, heç bir şərtlər altında ölkəni tərk etməyəcək. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Suriya prezidentinin bu sözlərini Fələstinin Provaslav icmasının sədri Sergey Stepaşin bildirib. 

Stepaşin ötən həftə Suriyaya səfəri çərçivəsində Prezident Bəşər Əsədlə görüşüb. Əsəd Stepaşindən xahiş edib ki, Putinə aşağıdakı sözləri çatdırsın: 

"Vladimir Vladimiroviçə çatdırın ki, mən Yanukoviç deyiləm. Mən heç yerə getməyəcəm". 

"Mən isə bu sözləri sizin vasitənizlə Vladimir Putnə çatdırıram", - Stepaşin jurnalistlərə xitabən deyib. 

Onun sözlərinə görə, Əsədin zərrə qədər şübhəsi yoxdur ki, nə etmək gərəkdiyini bilir. 

Qeyd edək ki, Ukraynada ötən ilin noyabr ayında başlayan etirazlardan sonra ölkə başçısı Viktor Yanukoviç fevral ayında Rusiyaya qaçıb. 


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.